...

Payızda Azərbaycanda "Xalq kompüteri" layihəsinin reallaşdırılmasına başlanacaq

Telekommunikasiya Materials 10 May 2007 17:55 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynli,S.Babayeva/ Payızda Azərbaycanın yoxsul təbəqəsinin təminatı üçün nəzərdə tutulmuş "Xalq kompüteri" layihəsinin reallaşdırılmasına başlanacaq. Bu barədə cümə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, layihənin reallaşdırılması 2009-cu ilə qədər davam edəcək. "Xalq kompüteri" layihəsinin mahiyyəti əhalinin yoxsul təbəqəsinə aşağı faizlə uzunmüddətli kreditlə kompüterlərin təqdim olunmasından ibarətdir.

Həm hökumət, həm də xaricdən alınmış vəsaitlər hesabına maliyyələşdirmə variantları nəzərdən keçirilir. Layihənin hazırlanması lisenziyalaşdırılmış proqram təminatı təqdim edən Microsoft şirkəti və güzəştli əsaslarla İntel şirkətinin iştirakı ilə aparılır.

Rabitə Nazirliyinin təxmini hesablamalarına əsasən, bu gün Azərbaycanda hər 100 nəfərə 3-4 kompüter düşür. Yeni layihənin reallaşdırılacağı təqdirdə bu rəqəmi beş dəfədən çox artırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti