...

Azərbaycanın rabitə naziri: "Telefon danışıqlarına görə abunə haqları artırılıb"

Telekommunikasiya Materials 17 May 2007 12:26 (UTC +04:00)
Azərbaycanın rabitə naziri: "Telefon danışıqlarına görə abunə haqları artırılıb"

Azərbaycan,Bakı/müxbir Trend S.Babaeyva/Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakıda telefon danışıqlarına limitin və vaxta görə ödəmənin tətbiqindən müvəqqəti olaraq imtina edib. Bu barədə cümə axşamı rabitə naziri Əli Abbasov jurnalistlərə məlumat verib.

"Biz, Tarif Şurasında müşavirə keçirdik və qərara gəldik ki, limitin tətbiqi hələ vaxtından əvvəldir" - deyə nazir bəyan edib.

Yerli telefon danışıqlarına limitin tətbiqi yalnız Bakı üçün nəzərdə tutulmuşdu. Pulsuz aylıq limit ayda 450 dəqiqə ölçüsündə təklif olunmuşdu, bu vaxtın başa çatmasından sonra abunəçi hər danışıq dəqiqəsi üçün haqq ödəməli idi.

Abbasovun sözlərinə görə, Tarif Şurasının iclasında telefon danışıqları üçün abunə haqqının ayda 2 manatadək artırılması məsələsi nəzərdən keçirilib. Hazırki abunə haqqı hər ay 0,7 manat təşkil edir. Rabitə Nazirliyi Azərbaycanda hər stasionar telefonun maya dəyərini 3 manat məbləğində qiymətləndirir.

Nazirin sözlərinə görə, abunə haqqının artırılmasının əvəzinə beynəlxalq danışıqların dəyəri 35-40 faiz aşağı düşəcək. "Bu, beynəlxalq danışıqların qiymətinin artıq üçüncü dəfə aşağı salınmasıdır" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti