...

"Azərmarka" 15 illiyini qeyd edib (video)

Telekommunikasiya Materials 16 İyul 2007 11:10 (UTC +04:00)
"Azərmarka" 15 illiyini qeyd edib (video)

Azərbaycan, Bakı, /müx. Trend S.Babayeva/ "Azərmarka" Dövlət Müəssisəsi şənbə günü 15 illiyini qeyd edib.Tədbirdə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, "Azərmarka"nın prezidenti İntiqam Bağırlı, "Azərpoçt"un baş direktoru Qəmbər Bəybalayev iştirak ediblər.

Bağırlı qeyd edib ki, Azərbaycanda poçt markalarının buraxılışı 1992-ci ildə bərpa olunub. "Azərmarka" 630-dan çox poçt markası buraxıb.

Rabitə naziri Abbasov qeyd edib ki, bütün fəaliyyət dövründə şirkət Azərbaycan markalarını beynəlxalq sərgilərdə, ABŞ, İtaliya, Fransa və Tailandda keçirilən tədbirlərdə təqdim edib.

Nazirin sərancamına əsasən, şirkətin dörd əməkdaşına fəxri tərifnamə təqdim olunub. Rabitə Nazirliyinin rəhbərliyi "Azərmarka"nın bütün əməkdaşlarına 150 mln. manat həcmində mükafat vermək haqqında göstəriş verib. Həmçinin şirkət dövriyyəyə "Azərmarka"nın yaradılmasının 15 illiyinə həsr olunmuş yeni poçt markası buraxıb.

Xəbər lenti

Xəbər lenti