...

"Smart Systems Technology" Daxili İşlər Nazirliyinin tenderini udub

Telekommunikasiya Materials 9 Avqust 2007 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ "Smart Systems Technology" telekommunikasiya şirkəti Azərbaycan Daxili İşlər Nazirliyinin Baş İdarəsi tərəfindən elan edilən tenderin qalibi olub. Tenderin predmeti qoşunların rabitə sistemində korporativ şəbəkənin yaradılması üçün avadanlığın alınması və şəbəkənin aylıq xidməti olub. Şirkətin marketinq şöbəsinin rəhbəri Sübhan Qaragözün bildirdiyinə görə, yaxın günlərdə tərəflər müvafiq müqaviləyə imza atacaqlar.

İşlər maksimum iki ay çəkəcək.

"Oracle" korporasiyasının rəsmi tərəfdaşı olan "Smart System Technology" 1999-cu ilin noyabrında təsis olunub. Şirkət bank və maliyyə fəaliyyətinin kompleks avtomatlaşdırılması xidmətlərini göstərir, mürəkkəb informasiya sistemləri hazırlayır, bank və maliyyə sektorunda konsaltinq xidmətləri təklif edir. "Smart System Technology" həmçinin İnternet xidmətləri göstərir, buraya müasir kommunikasiya avadanlığının satışı və digər xidmətlər daxildir.

Xəbər lenti

Xəbər lenti