Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Ə.Həsənov/
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) yeni konfrans zalının tikntisinə dair açıq tender elan edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü rəsmi mətbuatda dərc edilən məlumatda deyilir.
Yüksək iş keyfiyyəti, maliyyə və texniki təchizat təklif edən, yüksək kadr potensialına malik, analoji sahələrdə iş təcrübəsi olan iştirakçılara üstünlük veriləcək.
Tenderdə iştirak haqqı 200 manatdır. İştirakçıların tender təklifləri və bank zəmanətləri 25 sentyabr 2012-ci il saat 17:00-dək qəbul edilir, tender təkliflərinin açılması isə 26 sentyabr 2012-ci il saat 12:00-də baş tutacaq.
Tenderdə iştirak etmək üçün müvafiq sənədlər 17 sentyabr 2012-ci il saat 17:00-dan gec olmayaraq aşağıdakı ünvan üzrə DSMF-nin aparatına təqdim olunmalıdır: Bakı şəhəri, H. Zərdabi prospekti, 80. Əlaqə telefonu: (012) 530 2903.