...

Dövlət Turizm Agentliyi: Hotellər artıq yeni tələblərə əməl etməyə başlayıblar

Turizm Materials 16 May 2020 15:52 (UTC +04:00)
Dövlət Turizm Agentliyi olaraq, hotelləri Sanitariya və Gigiyena Metodları və Normaları Proqramına (SAHMAN - Sanitation and hygiene methods and norms) qoşulmağı çağırırıq.
Dövlət Turizm Agentliyi: Hotellər artıq yeni tələblərə əməl etməyə başlayıblar

Bakı. İlhamə İsabalayeva – Trend:

Dövlət Turizm Agentliyi olaraq, hotelləri Sanitariya və Gigiyena Metodları və Normaları Proqramına (SAHMAN - Sanitation and hygiene methods and norms) qoşulmağa çağırırıq.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Turizm sənayesi və layihələrlə iş sektorunun mudiri Günay Bayramova "Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region hotellərinin xüsusi hazırlığı" mövzusunda keçirilən onlayn müzakirələrdə deyib.

Onun sözlərinə görə, SAHMAN proqramının mayın 31-dən sonra tətbiq edilməsinin nəzərdə tutulmasına baxmayaraq, artıq hotellər bu proqramın tələblərinə əməl etməyə başlayıblar:

"Artıq dünyada insanların səyahət üçün tələbləri, ehtiyacları dəyişir. Bu proqram turizm müəssisələrinin sanitar-gigiyenik tələblərə əməl etməsini nəzərdə tutur. Məqsəd Azərbaycanın turizm sənayesinin bütün halqalarında sanitar-gigiyenik tələblərə əməl etməyi təmin etməkdir. Biz hər kəsi buna məcburi etmək istəmirik. Buna görə də SAHMAN–a qoşulmaq könüllüdür".

G.Bayramova əlavə edib ki, müəssisələr bu proqrama qoşulmaqla sanitar tələblərə əməl etmək öhdəliyini götürürlər.

Agentlik rəsmisi qeyd edib ki, SAHMAN-a qoşulanlara müxtəlif istiqamətlər üzrə dəstək göstərilir. Proqrama qoşulan turizm müəssisələri üçün onlayn və ödənişsiz əsaslarla təlimlər keçirilir. Müəssisənin təlimdə iştirak edən işçisi SAHMAN meneceri olur.

G.Bayramova proqrama qoşulanlara marketinq dəstəyi göstəriləcəyini də söyləyib.

O qeyd edib ki, proqramda iştirak hər kəs üçün açıqdır:

"Hotellər, hətta hostellər, qonaq evləri bu proqrama qoşula bilərlər. Proqrama qoşulma ilə bağlı hər hansı tələb yoxdur, amma müəssisələr qoşulduqdan sonra müəyyən tələblərə əməl etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti