Bakı. Tamilla Məmmədova, tərcümə Orxan Nəbiyev - Trend:
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır və hər iki ölkə turizm sahəsində böyük potensiala malikdir.
Trend-in məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.
Onun sözlərinə görə, martın 10-da "AZAL" və "Buta Airways" şirkətləri Gürcüstanla birbaşa reyslərin bərpa olunması barədə qərar verib. İlk reys martın 19-da nəzərdə tutulub.
"2019-cu ildə Gürcüstana 9 milyondan çox turist səfər edib və Azərbaycan bu baxımdan hər zaman liderlik edib. Çoxlu Gürcüstan vətəndaşı Azərbaycan bazarı ilə maraqlanır".
Səfir əlavə edib ki, Gürcüstan Azərbaycanla digər ölkələr üçün birgə turizm paketlərinin hazırlanması üzərində işləyir:
"Azərbaycan vətəndaşı Gürcüstana səfər etməzdən əvvəl 72 saatdan tez olmayaraq koronavirusa görə PSR testi verməlidir. Zərurət olarsa, Gürcüstanda təkrar test verilə bilər".