...

Azərbaycanlı turistlər bu yay istirahət üçün hansı ölkələrə üz tuturlar?

Turizm Materials 11 Avqust 2022 18:05 (UTC +04:00)
Azərbaycanlı turistlər bu yay istirahət üçün hansı ölkələrə üz tuturlar?

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı turistlər bu yay istirahət üçün əsasən Türkiyəyə üz tuturlar.

Bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) sədr müavini Əhməd Qurbanov deyib.

Onun sözlərinə görə, ölkəmizdən Türkiyəyə səfər sayının çox olmasının bir neçə səbəbi var.

"Azərbaycanlı turistlərin Türkiyəyə marağında yolun yaxınlığı, dilimizin və dinimizin bir olması əsas rol oynayır. Bundan başqa qardaş ölkənin turizm potensialı çox yüksəkdir. Türkiyədən sonra Misirə və Monteneqroya gedənlərin sayı da kifayət qədərdir. Monteneqro ilə ölkəmiz arasında viza rejimi ləğv edildikdən sonra turist sayında artım var. Bu sadaladığım ölkələr bu yay azərbaycanlı turistlərin ən çox getdiyi üçlükdədir",- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti