...

Bakının Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2012 12:33 (UTC +04:00)
Bakının Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Bakının Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Aprelin 28-29-da paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə (M.Qaşqay, C.Hacıbəyli, Təbriz küçələrinə, Xətai prospektinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, məhdudiyyətlər abunəçilərin fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu Xətai prospektində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

"Azərsu" ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir.

Xəbər lenti

Xəbər lenti