Azərbaycan, Bakı, 26 yanvar /Trend/
Davosda cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın "Deutsche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tils və idarə heyətinin üzvü Yürgen Figen ilə görüşü olub.
Görüşdə regionun aparıcı ölkəsi olan Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin önəmi vurğulanıb, respublikamız ilə Almaniyanın "Deutsche Bank"ı arasında əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyəti qeyd olunub.
Həmçinin, görüşdə Azərbaycan ilə "Deutsche Bank" arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Yakob Kellenberger ilə görüşü olub.
Görüşdə humanitar əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məsələlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin rolu qeyd edildi.