...

Terminologiya Komissiyası: “İnformatika” dərsliklərində bır sıra terminlər Azərbaycan dilində verilməyib

Cəmiyyət Materials 5 Fevral 2013 13:32 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində istifadə edilən “İnformatika” dərsliklərində müəyyən dil qanunları pozulub, bır sıra terminlər Azərbaycan dilində verilməyib.
Terminologiya Komissiyası: “İnformatika” dərsliklərində bır sıra terminlər Azərbaycan dilində verilməyib

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində istifadə edilən "İnformatika" dərsliklərində müəyyən dil qanunları pozulub, bır sıra terminlər Azərbaycan dilində verilməyib. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, bu problem orta məktəblərin 1-ci sinfindən 11-ci sinfinədək olan bütün "İnformatika" dərsliklərində müşahidə edilir.

"Dərsliklərdə elə sözlər var ki, onları I sinif şagirdləri deyil, hec böyük adamlar da başa düşmürlər. Onunla bağlı bizə müraciətlər edilib. Həmin müraciətlər qruplaşdırılaraq komissiyanın işçi qrupları tərəfindən müzakirə ediləcək. Dərsliklərin müəllifləri də müzakirələrə dəvət ediləcək, onlarla görüşlər keçiriləcək",- komissiyasının sədr müavini deyib.

Bu məsələlərin komissiya tərəfindən müzakirə ediləcəyini bildirən Sadıqovanın sözlərinə görə, dərsliklərdə terminlər anlaşıqlı, ədəbi dil normalarına riayət olunmaqla verilməli olsa da, bəzi ali məktəb dərslikləri həddindən artıq ağır terminlərlə yüklənib. Həmin terminlərin mənasını tələbələr başa düşmürlər. Bunun üçün də kitabda həmin terminlərin izahı verilməlidir.

Sadıqova deyib ki, artıq Terminologiya Komissiyasının 17 müxtəlif bölməsi formalaşdırılıb, bölmələrinin rəhbərləri və üzvləri təsdiqlənib. Komissiyada işçi qruplar yaradıldıqdan sonra dərsliklərlərdə, eyni zamanda mətbuatda, televiziyalarda terminlərin işlədilməsi, ümumiyyətlə, ədəbi dilin işlənmə məsələsini araşdırmaq üçün monitorinqlərə başlanacaq.

"Televiziyalarda ilk növbədə aparıcıların intonasiyası, diksiya, dil normalarının qorunması məsələsinə baxılacaq. Səhvlər olduqda bununla bağlı televiziya və proqram rəhbələrinə müraciət ediləcək. İşçi qruplar televiziyada intonasiya, sözlərin işlənməsinə baxımından Bədii Şuraların işinə birbaşa nəzarət edəcəklər",-Sadıqova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti