...

Parlament bacarıqlı qadınların Nazirlər Kabinetində çalışmasını dəstəkləyir - iranlı deputat

Nəzər nöqtəsi Materials 3 Sentyabr 2009 16:44 (UTC +04:00)
"Parlament Nazilər Kabinetinə təqdim edilən yeni namizədlərinin səlahiyyətini müzakirə edərkən onların kişi və ya qadın olması arasında fərq qoymayıb. Əgər səs toplaya bilməyəniki qadın namizəd "bacarıqlı və səlahiyyətli" qadınlar arasından təqdim olunsaydı, parlament nümayəndələrinin səsini qazanacaqdı", - deyə İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Kazıəm Cəlali cümə axşamıTrend News-a telefonla Tehrandan bildirib.
Parlament bacarıqlı qadınların Nazirlər Kabinetində çalışmasını dəstəkləyir - iranlı deputat

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir T.Cəfərov /

"Parlament Nazilər Kabinetinə təqdim edilən yeni namizədlərinin səlahiyyətini müzakirə edərkən onların kişi və ya qadın olması arasında fərq qoymayıb. Əgər səs toplaya bilməyən iki qadın namizəd "bacarıqlı və səlahiyyətli" qadınlar arasından təqdim olunsaydı, parlament nümayəndələrinin səsini qazanacaqdı", - deyə İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Kazıəm Cəlali cümə axşamı Trend -a telefonla Tehrandan bildirib.

Cəlalinin sözlərinə görə, parlament Mərziyyə Vəhid Dəstjerdini səlahiyyətli şəxs bildiyi üçün ona səs verib. "Məhz bu gün Nazirlər Kabinetinə ilk qadın nazirin seçilməsinə baxmayaraq, bundan öncə də xanımlar prezidentin müavini, nazir müavini və parlament nümayəndəsi kimi vəzifələrdə fəaliyyət göstəriblər. Bu göstərir ki, İran İslam Respublikasında gender bərabərliyi təmin olunur", - deyə o bildirib.

Cəlali parlamentə təqdim edilən Nazirlər Kabinetinə yeni namizədlərin səlahiyyətlərinin müzakirəsinin müsbət atmosferdə keçirildiyini deyib. Onun sözlərinə görə, parlament nümayəndələri sərbəst formada təklif olunmuş nazirlər haqqında fikirlərini söyləyiblər.

Parlament tərəfindən yeni Nazirlər Kabinetinin müzakirəsi bazar günü başlayıb. Bugünkü iclasda 286 parlamentari iştirak edib. İlk dəfə olaraq hər bir namizəd üzrə ayrıca qutu olmaqla 21 seçki qutusu hazırlanıb. Təqdim edilən 21 namizəddən (sənaye, mədəniyyət, xarici işlər naziri, elm, şəhərsalma və mənzil, neft, energetika, əmək, prokurorluq, müdafiə, nəqliyyat, sosial müdafiə, təhsil, rabitə, təhlükəsizlik, iqtisadiyyat, daxili işlər, ticarət, səhiyyə, kənd təsərrüfatı, kooperativ) 18 nəfərin namizədliyi səs çoxluğu ilə dəstəklənib, üç namizəd isə səs çoxluğu qazana bilməyib.

Energetika naziri Məhəmməd Əliabadi: lehinə - 117, əleyhinə - 137, bitərəf - 32; sosial müdafiə naziri Fatima Acerlu: lehinə - 76, əleyhinə 181, bitərəf - 29; təhsil naziri Süsən Keşaverz: lehinə -49, əleyhinə 209, bitərəf -28.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti