...

Fikrət Sadıxov: Türkiyə aviaşirkətində erməni qəzetinin paylanması qeyri-ciddi jestdir

Nəzər nöqtəsi Materials 22 Fevral 2013 19:14 (UTC +04:00)
"Türkiyə Hava Yolları" aviaşirkətinin sərnişinləri arasında erməni qəzetinin paylanması Ermənistanın yenidən ölkə başçısı seçilən Serj Sarkisyanı tələsik təbrik edən Türkiyə Prezidentinin tamamilə qeyri-ciddi və tutarsız jestinin davamıdır.
Fikrət Sadıxov: Türkiyə aviaşirkətində erməni qəzetinin paylanması qeyri-ciddi jestdir

Azərbaycan, Bakı, 22 fevral /Trend/

"Türkiyə Hava Yolları" aviaşirkətinin sərnişinləri arasında erməni qəzetinin paylanması Ermənistanın yenidən ölkə başçısı seçilən Serj Sarkisyanı tələsik təbrik edən Türkiyə Prezidentinin tamamilə qeyri-ciddi və tutarsız jestinin davamıdır. Trend-ə bu barədə cümə günü Trend-in Ekspert Şurasının üzvü, Qərb Universitetinin professoru Fikrət Sadıxov deyib.

"Türkiyədə müəyyən dairələr daha da irəli gedərək bu ölkədə yaşayan milli azlıqlar, xüsusilə, ermənilərin qayğılarına qaldıqlarını nümayiş etdirmək qərarına gəliblər və bu qəzeti hava nəqliyyatında yaymağa başlayıblar", - politoloq bildirib.

Sadıxov hesab edir ki, bu işlərlə məşğul olanlar qarşısında vəziyyəti yumşaltmaq, 1915-cil mövzusunu unutması və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi üçün hər hansı erməni diaspor təşkilatlarını özünə cəlb etmək və Ermənistanı oyandırmaq tapşırığı qoyulubsa, bu cəhdlər əbəs yerədir.

O qeyd edib ki, belə metod və addımlarla nüfuz qazanmaq olmaz və vacib siyasi məsələlər bu yolla həll edilmir.

Sadıxovun sözlərinə görə, bu cür addımlar Türkiyə və Azərbaycanda böyük təəssüf doğurur və Türkiyə belə fəaliyyətlə konkret müsbət məqsədlərə əlbəttə ki, çata bilməz.

"Türkiyə Sarkisyanı prezident kimi belə tez tanımamalı idi. Türkiyənin rəsmi şəxsləri hazırda dövlət nəzakəti formaları barədə danışırlar, Xocalı hadisələrinin 21-ci ildönümü ərəfəsində əli azərbaycanlıların qanına bulaşmış insanı təbrik etməyə tələsməkdənsə, bunu başqa formada və daha gec etmək olardı", - politoloq vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti