...

Arzu Nağıyev: "Sankt-Peterburq görüşü münaqişənin həlli istiqamətində növbəti addımdır" (VİDEO)

Nəzər nöqtəsi Materials 23 İyun 2016 10:54 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində növbəti addım kimi qəbul edilə bilər.
Arzu Nağıyev: "Sankt-Peterburq görüşü münaqişənin həlli istiqamətində növbəti addımdır" (VİDEO)

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində növbəti addım kimi qəbul edilə bilər.

Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev "Baku Network" Ekspert Şurasının prezidentlərin Sankt-Peterburq görüşünə həsr edilmiş müzakirələrdə deyib.

A.Nağıyev bildirib ki, V.Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin bu görüşü formatına görə əvvəlki görüşlərdən müəyyən qədər fərqlənirdi, çünki əvvəlki görüşlərdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edirdi. Hətta prezidentlərin Vyana görüşündə həmsədrlərin təmsil etdiyi dövlətlərin xarici işlər nazirləri də iştirak edirdi.

Onun sözlərinə görə, Vyana görüşündən sonra iyun ayında növbəti görüşün keçiriləcəyi məlum idi: “Həmçinin şərtlər qoyulmuşdu ki, iyun ayında atəşkəsə nail olunsun, cəbhə boyu monitorinqlər artırılsın və bundan sonra növbəti görüş baş tutsun. Ancaq görüşün yeri məlum deyildi. Azərbaycan Prezidentinin Almaniyaya səfəri zaman kansler Angela Merkel də Rusiyanın açar rol oynadığını qeyd etdi. Erməni tərəfi dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlim keçirsə də, təlimlərə hətta Ohanyan gəlsə də, məhz bunlardan sonra Azərbaycan diktə edən tərəf kimi Vladimir Putinin təşəbüsünü qəbul etdi və Sankt-Peterburqda prezidentlərin görüşü baş tutdu”.

A.Nağıyev vurğulayıb ki, görüşün Azərbaycan üçün əsas məqamı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməklə, işğalçı qoşunların Azərbaycan ərazisindən çıxması məsələsi idi.

Politoloq əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin bu qədər uzanması, status-kvonun saxlanması təkcə regionun deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə zərbə vuran ən böyük amillərdən biridir: “Çünki regionda olan böyük layihələrə qoşulmaq üçün Rusiyanın da şansı var, hətta Dağlıq Qarabağ münaqişəsi həll olunsa, Ermənistanın da şansı var. Qərbin də əsas istəyi odur ki, regionda sabitlik olsun, çünki bu münaqişənin həll edilməməsi dünyanın enerji təhlükəsizliyinə bir təhdiddir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti