...

Aqil Abbas: Müxalifət futbol komandası yaratsa, daha çox azarkeş toplayar

Nəzər nöqtəsi Materials 23 Sentyabr 2016 17:13
"Müxalifətin 200 adam toplayıb söhbət etməsinə mitinq demək gülüncdür".
Aqil Abbas: Müxalifət futbol komandası yaratsa, daha çox azarkeş toplayar

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

"Müxalifətin 200 adam toplayıb söhbət etməsinə mitinq demək gülüncdür".

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Aqil Abbas bildirib.

A.Abbas deyib ki, müxalifətin ölkədə mitinq etməyə nə gücü var, nə də imkanı: "Mən Füzuli rayonunda sakinlərlə görüş keçirmişəm. Bir görüşümdə, ən azı, 800 adam var idi. Əgər müxalifət 200 nəfəri topladığı tədbirə mitinq deyirsə, bəs onda mən 800 adamla görüşümə nə ad verim?"

Millət vəkili qeyd edib ki, Azərbaycan demokratik dövlətdir və bu dövlətdə hər bir şəxsin sərbəst toplaşmaq, fikir mübadiləsi aparmaq hüququ var: "Amma bu o demək deyil ki, hər kəs mitinq edə bilər. Mən təklif edirəm ki, əgər Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları adam yığmaq istəyirlərsə, mitinq yox, futbol komandası yaratsınlar. Bəlkə onda onların çağırışlarına daha çox azarkeş toplaşar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti