...

Deputat: Ankarada Rusiya səfirinin öldürülməsinin arxasında çirkin niyyətlər durur

Nəzər nöqtəsi Materials 20 Dekabr 2016 09:41 (UTC +04:00)
Ankarada Rusiya səfirinin amansızlıqla öldürülməsinin arxasında çox böyük çirkin niyyətlər durur
Deputat: Ankarada Rusiya səfirinin öldürülməsinin arxasında çirkin niyyətlər durur

Bakı. Elçin Mehdiyev - Trend:

“Ankarada Rusiya səfirinin amansızlıqla öldürülməsinin arxasında çox böyük çirkin niyyətlər durur”. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə qeyd edib ki, artıq xeyli müddətdir Türkiyədə silsilə terror hadisələri törədən qüvvələr indi də yeni, daha təhlükəli ssenari həyata keçirməyə başlayıblar:

“Məhz Rusiya səfirinin öldürülməsi bir tərəfdən yeni-yeni normallaşan Türkiyə-Rusiya münasibətlərini pozmaq, digər tərəfdən isə Türkiyənin beynəlxalq birlikdə nüfuzuna zərbə vurmaq istəyindən xəbər verir”.

Deputat vurğulayıb ki, çox təəssüf ki, antitürkiyə qüvvələri üçün artıq insanlıq anlayışı yoxdur:

“Qardaş ölkəyə qarşı bütün çirkin oyunlar mümkün hesab edilir. Düşmən gözlənilməyən yerdən alçaq hücumlar həyata keçirir. Belə görünür ki, daha ağırlarını da gözləmək mümkündür. İnanıram ki, Türkiyə bu çətin sınaqdan çıxacaq, onu əzmək istəyənlərin cavabını verə biləcəkdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti