Bakı. Səba Ağayeva - Trend:
“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması Azərbaycanın iqtisadi stabilliyinin təsdiqidir.
Bunu Trend-ə “Baku Network” Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.
O qeyd edib ki, bu sazişə Azərbaycanın neft siyasətinin davam etməsində maraqlı olan ölkələr imza atıb.
Ekspertin sözlərinə görə, bu onu ifadə edir ki, beynəlxalq maliyyə təşkilatları tam əminliklə Azərbaycanla əməkdaşlığı davam etdirə, ölkəyə kreditlər ayıra bilərlər.
E.Ələsgərov vurğulayıb ki, Azərbaycan regiona stabil iqtisadi layihələr təklif etməkdə davam edir, dünyanın aparıcı ölkələri isə bu layihələrin reallaşdırılmasında maraqlıdır: “Bu, uzunmüddətli perspektivdə Azərbaycana böyük üstünlüklər təqdim edəcək”.