...

Amerikalı ekspert: BTQ-nin uğurla reallaşdırılması digər ölkələr üçün də nümunə olmalıdır

Nəzər nöqtəsi Materials 30 Oktyabr 2017 19:36 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin uğurla reallaşdırılması digər ölkələr üçün də nümunə olmalıdır.
Amerikalı ekspert: BTQ-nin uğurla reallaşdırılması digər ölkələr üçün də nümunə olmalıdır

Bakı. Ləman Zeynalova - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin uğurla reallaşdırılması digər ölkələr üçün də nümunə olmalıdır.

Bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

"BTQ layihəsi çərçivəsində Azərbaycan tərəfindən aparılan işlər təsirlidir və dövlət siyasətinin bu cür dinamik tətbiqi digər ölkələr və regionlar üçün nümunə olmalıdır. Azərbaycanlı alim və mühəndislərin nəqliyyat infrastrukturu sahəsindəki təcrübə və peşəkarlığı MERKOSUR ölkələri (Argentina, Braziliya, Paraqvay, Uruqvay və Venesuela) üçün qiymətli mənbə olacaq".

Teys qeyd edib ki, Azərbaycanda işsizlik səviyyəsi aşağıdır, iqtisadiyyatı sürətlə inkişaf edir və BTQ kimi regional nəqliyyat layihələri ilə logistik mərkəzə çevrilir:

"BTQ layihəsinin reallaşdırılması böyük uğurdur. İştirakçı ölkələr (Azərbaycan, Gürcüstan, Türkiyə) bu layihə sayəsində regional ticarətdən mənfəət götürəcəklər, turizm axını artacaq, davamlı inkişaf və çoxmədəniyyətli dialoqa nail olacaqlar".

Qeyd edək ki, bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti