...

Nazir: Azərbaycanda kənd təsərrüfatı sahəsi yeni inkişaf səviyyəsinə yüksəlib

Nəzər nöqtəsi Materials 16 May 2018 11:30 (UTC +04:00)
Azərbaycanda aparılan islahatlar nəticəsində kənd təsərrüfatı sahəsi yeni inkişaf səviyyəsinə yüksəlib.
Nazir: Azərbaycanda kənd təsərrüfatı sahəsi yeni inkişaf səviyyəsinə yüksəlib

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanda aparılan islahatlar nəticəsində kənd təsərrüfatı sahəsi yeni inkişaf səviyyəsinə yüksəlib.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov 24-cü Azərbaycan Beynəlxalq "Qida sənayesi" sərgisi - "WorldFood Azerbaijan 2018"-in açılışında çıxışı zamanı deyib.

Nazir bildirib ki, sosial-iqtisadi göstəricilərin artımı nəticəsində aqrar sahədə əhəmiyyətli nailliyyətlər əldə etmək mümkün olub: "Sevindirici haldır ki, Azərbaycanda istehsal olunan məhsulların rəqabət qabiliyyəti artır, ixrac potensialı genişlənir".

İ.Kərimov qeyd edib ki, kənd təsərrüfatının inkişafı üçün prioritet sahələr kimi yüksək məhsuldarlığın təmin olunması, yerli məhsulların rəqabətədavamlılığının artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi müəyyən edilib: "Əsas iş prinsipi fermerlərə yaxınlıq və innovasiyaların tətbiqidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti