...

Millət vəkili: AXCP-nin xaricdən qeyri-qanuni maliyyələşməsi cəzasız qalmamalıdır

Nəzər nöqtəsi Materials 31 May 2018 11:33 (UTC +04:00)
AXCP-nin xaricdən qeyri-qanuni maliyyələşməsi cəzasız qalmamalıdır.
Millət vəkili: AXCP-nin xaricdən qeyri-qanuni maliyyələşməsi cəzasız qalmamalıdır

Bakı. Elçin Mehdiyev - Trend:

AXCP-nin xaricdən qeyri-qanuni maliyyələşməsi cəzasız qalmamalıdır. Bunu Trend-ə millət vəkili Hikmət Babaoğlu deyib.

H.Babaoğlu qeyd edib ki, Son günlərdə Azərbaycan hüquq-mühafizə orqanlarının AXCP sədri və onun fəaliyyəti ilə bağlı yaydığı məlumatlarda kifayət qədər ciddi ittihamlar var və hüquqi məsuliyyət yaradır:

"Azərbaycan hüquqi dövlətdir və düşünürəm ki, məsələnin hüquqi tərəfləri elə bu çərçivədə də həll olunmalıdır. Ancaq nəzərə alsaq ki, Əli Kərimli və onun ətrafındakı radikal marginal qrup Azərbaycanda siyasi hakimiyyətə iddialıdır, o zaman bu məsələ təkcə hüquqi müstəvi ilə məhdudlaşmamalı, onların fəaliyyəti ictimai rəyə təsir edən vasitələrlə də qınanmalıdır. Çünki konkret halda bu qrup radikal olmaqla bərabər, həm də maliyyə məsələlərində ciddi manipulyatordur".

Millət vəkili vurğulayıb ki, başqa dövlətdən həm ideoloji sifariş, həm də onu həyata keçirmək üçün maliyyə dəstəyi almaq və bu vasitələri Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı istifadə etmək cinayətdir:

"Qətiyyən yol vermək olmaz ki, Azərbaycan və onun müstəqilliyi, xalqımızın maraqları xarici dövlətlərin maraq və intriqa poliqonuna çevrilsin. "Milli şura" adlandırılan qurum və onun ətrafında baş verən hadisələrlə bağlı Azərbaycan ictimaiyyəti kifayət qədər məlumatlıdır və bu layihənin arxasında Rusiyada olan ermənipərəst mərkəzlərin və sapı özümüzdən olan baltaların dayandığını bilir. Elə 2013-cü il prezident seçkilərində vahid namizəd kimi irəli sürülməsi planlaşdırılan Rüstəm İbrahimbəyovun çəkdiyi "Qafqaz üçlüyü" filminə baxmaq yetərlidir ki, bu şuranın və onu yaradanların məqsədlərinin nədən ibarət olduğunu yəqin edəsən. Məqsəd siyasi hakimiyyətə milli satqınları gətirməklə sonrakı mərhələdə Dağlıq Qarabağ problemini ermənilərin lehinə həll etmək, Azərbaycan dövlətçiliyini dağıtmaqdır. Bunu yaxşı bilən Azərbaycan cəmiyyəti bütün seçkilərdə Əli Kərimli və onun ətrafındakı marginalları layiqincə cəzalandırır".

O əlavə edib ki, bu dağıdıcı və təhlükəli qrupun ictimai-siyasi həyata təsir edə biləcək heç bir nüfuzu yoxdur: "Ancaq törədilən kriminal əməllər də cəzasız qalmamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti