Türkiyə-Rusiya yaxınlaşması Azərbaycanın siyasi maraqlarına uyğun gəlir - Şəbnəm Həsənova

Türkiyə-Rusiya yaxınlaşması Azərbaycanın siyasi maraqlarına uyğun gəlir - Şəbnəm Həsənova

Bakı. Elçin Mehdiyev - Trend:

Türkiyənin Rusiya ilə yaxınlaşması Azərbaycan üçün vacib əhəmiyyət kəsb edir. Sözsüz ki, bu yaxınlaşma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müsbət istiqamətdə həllinə də təsirsiz ötüşməyəcək. Bu baxımdan, 2020-ci ildə münaqişənin həlli istiqamətində əsaslı irəliləyişlər əldə oluna bilər.

Bunu Trend-ə beynəlxalq münasibətlər üzrə siyasi şərhçi Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın mühüm rolunun nəzərə alındığı təqdirdə Türkiyənin də mövcud münaqişənin həllindəki fəallığı artır: "Belə olan halda Türkiyənin Rusiya ilə yaxınlaşması Azərbaycan tərəfi üçün müsbət hal kimi dəyərləndirilə bilər. Digər tərəfdən, Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılması ehtimal olunur ki, bu da Azərbaycan tərəfi üçün son dərəcə mühüm amildir".

Politoloq xatırladıb ki, yanvarın 8-də Rusiya qazının Qara dəniz vasitəsilə Türkiyənin Yunanıstanla sərhədinədək nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin (“TurkStream”) rəsmi açılışı baş tutdu: "Bununla da Türkiyənin İstanbul şəhərində "Türk axını" layihəsinin birinci hissəsi icra edilmiş oldu. Əgər boru kəmərinin birinci hissəsi qazın Türkiyə bazarına tədarükünü təmin edirsə, ikinci hissəsi Cənubi və Cənub-Şərqi Avropaya nəqli üçün nəzərdə tutulub. “Türk axını” layihəsinin mahiyyətində təkcə Cənubi Avropanı Rusiya qazıyla təmin etmək dayanmır. Heç şübhəsiz ki, layihənin baş tutması ilə Rusiyanın siyasi təsir mexanizmlərinin artması da istisna olunmur. Ona görə də “Türk axını”nın təkcə iqtisadi yox, siyasi dividendləri də mövcuddur. Beləliklə, S-400 raketlərinin alınması ilə başlanan Türkiyə - Rusiya münasibətlərində açılan yeni səhifəyə bu layihənin reallaşması ilə yeni bir nəfəs gələcək. Bu reallıqlar fonunda rus qazının Türkiyə vasitəsilə Avropaya nəql olunması Qərb dairələri tərəfindən narahatlıqla qarşılanır. Qərb illərdir ki, Türkiyəni öz daxilinə buraxmır. İstər ABŞ-la, istərsə də Qərblə gərginləşən münasibətlər kontekstində Türkiyənin Rusiya ilə yaxınlaşması həm özünün, həm də Azərbaycanın siyasi maraqlarına uyğun gəlir.

Ümumiyyətlə, son illərdə Türkiyə və Rusiya arasında ciddi yaxınlaşma, əməkdaşlıq müşahidə olunur. Strateji əməkdaşlığın strateji tərəfdaşlığa çevrilməsinin şahidi oluruq. Hətta Putin çıxışında qeyd etdi ki, beynəlxalq aktorlar tərəfindən ciddi müdaxilələrə baxmayaraq, Rusiya-Türkiyə əməkdaşlığı nəinki enerji, bütün sahələrdə inkişaf edir. Bu isə Rusiya ilə Türkiyə arasında başqa məsələlərin həllini də sürətləndirə bilər. Bundan əlavə, təkcə “Türk axını” deyil, TANAP layihəsinin də uğurla reallaşması fonunda Türkiyənin regiondakı münaqişələrə təsir mexanizminin daha da artacağı gözlənilir. Belə olan təqdirdə Türkiyənin Moskvaya təsirinin artması fonunda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasında Türkiyə-Rusiya yaxınlaşması vacib amildir. Türkiyə qaz idxal etməklə Rusiya tərəfindən müəyyən güzəştlərdən də yararlana bilər".

Ş.Həsənovanın sözlərinə görə, məsələnin başqa bir tərəfi də odur ki, Türkiyə son illərdə təkcə Rusiyadan qaz idxal etmir, digər ölkələrdən də qaz idxalını artırır: "Beləliklə, Türkiyə bir tərəfdən də Rusiyadan asılılığı xeyli azaltmağa müvəffəq olub. Bu, onu deməyə əsas verir ki, Türkiyə özünün enerji siyasətində şaxələndirməni uğurla həyata keçirir. Azərbaycan da öz növbəsində Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşması istiqamətində son tamamlanma işlərini həyata keçirir. Bütün bu siyasi reallıqlar fonunda Ermənistan istər regionda, istərsə də beynəlxalq aləmdə nüfuzunu itirir".

Siyasi şərhçi əlavə edib ki, bəzi siyasi dairələr “Türk axını”nı Cənub Qaz Dəhlizinə rəqib kimi dəyərləndirirlər: "Ümumiyyətlə, “Türk axını” ilə Cənub Qaz Dəhlizi bir-birinə rəqib hesab edilməməlidir. Cənab Prezident İlham Əliyevin də öz çıxışlarında dəfələrlə vurğuladığı kimi - Azərbaycanın enerji təhlükəsizliyi siyasəti heç bir halda üçüncü dövlətin əleyhinə yönəlməmişdir. Azərbaycanın bu istiqamətdəki siyasətinin uğurunu təmin edən əsas səbəb odur ki, enerji siyasətinin əlində alətə çevrilmir, bu, azad rəqabət və uğurlu təhlükəsizlik layihəsidir”.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Şəkidə evində meyiti tapılan şəxs ürək-ağciyər çatışmazlığından ölüb
Şəkidə evində meyiti tapılan şəxs ürək-ağciyər çatışmazlığından ölüb
Masallıda arvadını və qaynını öldürən şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Masallıda arvadını və qaynını öldürən şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Loading Bars
Xəbər lenti
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Gürcüstanlı nazir: Azərbaycan bizim etibarlı tərəfdaşımızdır
ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib (FOTO)
Azərbaycanlı jurnalist Macarıstan mediasında erməni vandalizmindən yazdı
Müxalifət "bəy"ləri özlərinə zərbə vurdular - "Politşou" təqdim edir (Videolayihə)
Mart ayına olan hava proqnozu açıqlandı
Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
“Həkimlərimizi tanıyın!” - Yüksəkixtisaslı uzman otorinolarinqoloq Dr. Aynur Vəliyeva
Azərbaycan Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Sabah 18 dərəcə isti olacaq
“Sevimli nəğmələr” mahnı müsabiqəsinə start verilib
Bakıda un məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
Şəkidə evində meyiti tapılan şəxs ürək-ağciyər çatışmazlığından ölüb
Masallıda arvadını və qaynını öldürən şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Azərbaycan nefti ucuzlaşır
"Avroviziya-2020"də Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlandı
“Kinderland” şəhərciyinə uçuşa hazır olun! (VİDEO)
Əbülfəs Qarayev: Koronavirus təhlükəsinə görə tədbirlərə məhdudiyyət qoyulmayacaq
Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı davam etdirilir
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib
Baş epidemioloq: Ölkədə epidemioloji həddi aşan yoluxucu xəstəlik qeydə alınmayıb
Güclü külək bəzi rayonlarda qaz təsərrüfatına ziyan vurub (FOTO)
Bərdədə qadının döyülərək qətlə yetirilməsi ilə bağlı cinayət işi açıldı
Çin səfərindən qayıdan Monqolustan prezidenti karantinə alındı
Məktəbli şahmatçıdan növbəti beynəlxalq uğur
Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edib (FOTO) (YENİLƏNİB)
Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib
Elmar Qasımov İstanbul Texnik Universitetinin rektoru ilə görüşüb (FOTO)
Bakı Limanında koronavirusla bağlı "Qaynar Xətt" fəaliyyətə başlayıb
ASB Bank İnternet və Mobil Bankçılıq platformalarını yenilədi!
Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib (FOTO)
Müəllim olmaq istəyənlər üçün yeni sənədlər hazırlandı
Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib (FOTO)
BSU-da növbəti maarifləndirici tədbir (FOTO)
Ankarada Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası çərçivəsində seminar baş tutub (FOTO)
Türkiyədən Azərbaycana müasir silah-sursat və hərbi texnika tədarük olunacaq
Koronavirus hansı səthlərdə daha çox yaşayır?
Belarus mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
Övladlığagötürmə sahəsində müasir və innovativ idarəetmə təşki edilir
“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin görüşü olub (FOTO)
Oğuzdakı silahlı qətlin təfərrüatı məlum oldu
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirmək üçün qanunvericilik təkmilləşdiriləcək
Dövlət Neft Fondunun 2019-cu il üzrə gəlir və xərcləri açıqlandı
Həmkəndlilərinin evindən oğurluq edən şəxslər saxlanılıb
Azərbaycanda vəzifəli şəxslər maliyyə məlumatlarını təqdim edəcəklər
Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq
KOBİA və KOSGEB arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdi: Birgə Fəaliyyət Planı təsdiqləndi (FOTO)
DSX: Sərhəd buraxılış məntəqələrinə məhdudiyyət qoyulmayıb (FOTO)
Bərdədə qadın qonşusu tərəfindən döyülərək öldürüldü
Azərbaycanda “Ağıllı şəhər” yaradılacaq
Aİİ rektoru ingilis dili kursunda iştirak edəcək tələbələrlə görüşüb (FOTO)
Bakıda təhsil müəssisələri və dini ibadət yerləri dezinfeksiya edilib
Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçiriləcək
Fevralın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Milli Məclisin deputatı Tacikistanda parlament seçkilərini müşahidə edəcək
Bakı polisi 35 cinayətin üstünü açdı
Atəşkəs snayper tüfənglərlə pozuldu - 24 dəfə
Ermənistandan deportasiya edilən azərbaycanlı: Sumqayıt hadisələri baş verənə qədər ermənilər bizi qorxutmaq üçün döyür, təhqir edirdilər
ABŞ Konqresinin üzvü Virciniya Foks Xocalı Faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Azərbaycanda avtomobil yük daşımalarının həcmi artıb
Almaniya məhkəməsi evtanaziya hüququnu müdafiə etdi
Bolqarıstanın Energetika naziri: Biz ambisiyalı “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla reallaşdırılmasına doğru addımlayırıq (MÜSAHİBƏ)
Çində koronavirusa yoluxanların 46 faizi sağalıb
İdlibdə şəhid olan türk hərbçilərinin sayı 33-ə çatıb (ƏLAVƏ OLUNUB 2)
Çində yeni növ koronavirusa yoluxanların sayı 78,8 minə yüksəlib
Mariya Şarapova idman karyerasını bitirir
Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb
Türkiyə Suriya ordusuna cavab zərbələri endirir
UEFA Avropa Liqasının 1/16 final mərhələsinin nəticələri məlum oldu (ƏLAVƏ OLUNUB)
Çindən kənarda koronavirusa yoluxanların sayı 3664 nəfərə çatdı
Daha bir ölkədə yeni növ koronavirusa ilk yoluxma halı qeydə alındı
Ucar rayonunda 3 ədəd mina tapıldı
Suya olan tələbatı bu içkilərlə ödəmək düzgün deyil
İranın Qum vilayәtindә sәyyar xәstәxana yaradıla bilәr
İspaniyada təlim-döyüş təyyarəsi qəzaya uğrayıb
ASAN Radio H.Z.Tağıyevə həsr olunan yeni layihə təqdim etdi
Bakıda dönərxanada yanğın olub
Azərbaycanda biotəhlükəsizlik laboratoriyaları regionlarda da fəaliyyət göstərir (FOTO)
Bolqarıstanda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)
Bakıda mənzildən meyit tapılıb
Zaqatalada "VAZ" yanıb
Qərargah: İranla sərhəddə səyyar hospitallar yaradılır
5-ci nəsil döyüş təyyarələri Azərbaycan HHQ-nin Ermənistan üzərində üstünlüyünü artıracaq
Arktikada ağ ayılar sayılacaq
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Azərbaycanda bir il ərzində müsadirə edilmiş narkotik maddələrin həcmi açıqlanıb
"TRT Avaz"ın Beynəlxalq Muğam Mərkəzindən canlı efiri (VİDEO)
Sumqayıt Teatrı Xocalı soyqırımına həsr olunmuş “Vicdanın hökmü” tamaşasını nümayiş etdirdi (FOTO)
Azərbaycanda istehsal edilən sənaye məhsullarının həcmi açıqlanıb
Azərbaycanla Britaniya arasında yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə edilib
Vüsal Qasımlı: Azərbaycanda maliyyə texnologiyalarının – finteklərin tətbiqi imkanları genişdir
YARAT Müasir İncəsənət Mərkəzində ictimai müzakirə təşkil edilib (FOTO)
AQTA-nın laboratoriyaları koronavirusla bağlı xüsusi hazırlıq vəziyyətinə gətirilib (FOTO)
Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsi yad edildi (FOTO)
Azərbaycanda koronavirusa görə qərargah yaradıldı
Rusiya səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar (FOTO)
Bütün xəbərlər