...

İsveçin "Eurovision" təmsilçisi yaratdığı performansı Bakı səhnəsində bütün gözəllliyi ilə nümayiş etdirəcəyinə əmindir (FOTO)

Eurovision-2012 Materials 16 May 2012 16:47 (UTC +04:00)
Yaratdığım performansı Bakı səhnəsində bütün gözəllliyi ilə nümayiş etdirəcəyimə əminəm. Trend-in məlumatına görə, bu sözləri İsveçin "Eurovision" təmsilçisi Lorine Zineb Noka Talhaoui mayın 16-da "Bakı Kristal Zalı"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında deyib.
İsveçin "Eurovision" təmsilçisi yaratdığı performansı Bakı səhnəsində bütün gözəllliyi ilə nümayiş etdirəcəyinə əmindir (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Mehdiyev/

Yaratdığım performansı Bakı səhnəsində bütün gözəllliyi ilə nümayiş etdirəcəyimə əminəm. Trend-in məlumatına görə, bu sözləri İsveçin "Eurovision" təmsilçisi Lorine Zineb Noka Talhaoui mayın 16-da "Bakı Kristal Zalı"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında deyib.

O, "Eurovision 2012" mahnı müsabiqəsində təqdim edəcəyi mahnının rəqs quruluşunun tamamilə fərqli bir formada olduğunu bildirib.

İsveçli müğənni müsabiqənin bütün iştirakçılarının ifalarını bəyəndiyini deyib.

Mahnısının favorit olması ilə bağlı fikirlərə münasibət bildirən Lorine Zineb Noka Talhaoui bunun səbəbini mahnını ürəkdən ifa etməsi ilə əlaqələndirib.

Sonda təmsilçi jurnalistlərin xahişi ilə sevdiyi mahnılardan birini ifa edib.

Xəbər lenti

Xəbər lenti