...

Litvanın "Eurovision 2012" iştirakçısı: Ağ pendirlə təndir çörəyi çox dadlıdır! (MÜSAHİBƏ) (FOTO)

Eurovision-2012 Materials 17 May 2012 16:53 (UTC +04:00)
İkinci yarımfinalda ingilis dilində "Love Is Blind" ("Sevgi kordur") mahnısı ilə çıxış edəcək Litvanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Donni Montell Trend-ə eksklüziv müsahibə verib.
Litvanın "Eurovision 2012" iştirakçısı: Ağ pendirlə təndir çörəyi çox dadlıdır! (MÜSAHİBƏ) (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbirlər V.İmanov, E.Mehdiyev/

İkinci yarımfinalda ingilis dilində "Love Is Blind" ("Sevgi kordur") mahnısı ilə çıxış edəcək Litvanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Donni Montell Trend-ə eksklüziv müsahibə verib.

- Azərbaycana xoş gəlmisiniz! Günəşli Bakıya gəlişinizin təəssüratları necədir?

- Təmtəraqlı arxitektura evləri, əla Dənizkənarı Parkı olan çox gözəl şəhərdir, təəssüratlar heyrətamizdir. Dərhal görünür ki, şəhərin qədim tarixi var və ölkəniz müsabiqəyə və qonaqların qəbuluna çox yaxşı hazırlaşıb. "Eurovision"un "Alovlu çiçək" loqotipini hətta taksidə də görmək mümkündür. "Bakı Kristall Zalı" çox təsirləndirdi, müasir işıq effektləri və avadanlıqları çıxışı qeyri-adi tamaşaya çevirir.

- Azərbaycanın milli mətbəxindən dadmısınız?

- Əlbəttə. Litvadakı azərbaycanlı dostlarım həmişə mənə paxlava gətirirlər. Burada isə paxlavanın dadına onun tarixi vətənində baxdım. Lakin ən çox ağ pendirlə təndir çörəyi xoşuma gəldi. Çox dadlıdır!

- Fikrinizcə, bu il "Eurovision"un əsas favoriti kimdir?

- Aşkar favorit yoxdur. Lakin xoşa gələn və KİV-də reklam edilən mahnı və müğənnilər var. Onlar arasında İsveçdən Lorin və Rusiyadan "Buranovskiye babuşki" də var.

- Sizin müsabiqədəki mahnınız "Sevgi kordur" adlanır və səhnəyə gözünüzdə sarğı ilə çıxırsınız. Siz subaysınız?

- Demək olar ki, evliyəm.

- İstədiyiniz qızı "kor-koranə" sevmisiniz?

- İnsan həyatında elə məqamlar olur ki, sevgi ilk baxışdan yaranır, bəzən isə bu hiss illər sonra gəlir. Buna görə də mənim "Sevgi kordur" mahnım müəyyən vaxtdan sonra mühafizəkarlığın müəyyən formasını alan kişi və qadın münasibətləri haqqındadır. Bu səbəbdən insanlar bir-birilərini görmür və onlarda baş verən gözəl məqamları buraxırlar.

- Siz özünüzdə güc hiss edirsinizmi və əminsinizmi ki, qalib gələcəksiniz və "Eurovision"u vətəninizə gətirəcəksiniz?

- Heç kəs qalib gələcəyinə əmin ola bilməz. Əgər bu baş versə, sadəcə inanılmaz olardı. O zaman mənə abidə qoymaq lazım gələcək.

Xəbər lenti

Xəbər lenti