...

Azərbaycan bayrağı, Russian Party, Alla Puqaçova – "Buranovskiye babuşki"nin mətbuat konfransı (FOTO)

Eurovision-2012 Materials 18 May 2012 15:14 (UTC +04:00)
Bakıda "Eurovision 2012"-nin ən qeyri-adi iştirakçıları olan Rusiyanın "Buranovskiye babuşki" qrupunun ikinci mətbuat konfransı keçirilib.
Azərbaycan bayrağı, Russian Party, Alla Puqaçova – "Buranovskiye babuşki"nin mətbuat konfransı (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbirlər V.İmanov, E.Mehdiyev/

Bakıda "Eurovision 2012"-nin ən qeyri-adi iştirakçıları olan Rusiyanın "Buranovskiye babuşki" qrupunun ikinci mətbuat konfransı keçirilib. Trend-in məlumatına görə, kollektiv müsabiqənin birinci yarımfinalında ingilis və udmurt dillərində ifa olunacaq "Party for Everybody" kompozisiyası ilə çıxış edəcək.

Nənələrin sözlərinə görə, Bakıda olduqları bir həftə ərzində onlar öz doğma diyarları üçün darıxmağa macal tapmayıblar, lakin doğma kənddəki təsərrüfata görə narahatdırlar.

"Biz Bakıda darıxmırıq, lakin təsərrüfata görə narahatıq, bütün ağırlıq babaların çiyinlərinə düşüb. "Bakı Kristal Zalı"səhnəsində hazırlaşmaqla yanaşı, biz mayın 20-də Bakının Nardaran qəsəbəsində "Sea Breeze Residences&Hotel"də keçiriləcək "Russian Party"yə də hazırlaşırıq", - nənələr deyib.

Konsert "TV Channel RUSSI" tərəfindən təşkil olunub. Bayram gecəsində "Buranovskiye babuşki"nin iştirakı ilə "Eurovision" müsabiqəsinin bir çox iştirakçılarının çıxışlarını görmək və dinləmək kimi nadir imkan yaranacaq. Azərbaycanın məşhur müğənnisi və bəstəkarı Emin Ağalarov, rusiyalı müğənnilər Oleq Qazmanov və Marina Devyatova gecənin xüsusi qonaqlarıdır. Aparıcı populyar idman şərhçisi, teleaparıcı Dmitri Quberniyevdir.

Nənələr çoxlarının onları Avropa musiqi müsabiqəsinin favoritləri hesab etmələrinə öz münasibətlərini bildiriblər. "Bizim üçün "Eurovision"da iştirakın özü artıq böyük xoşbəxtlikdir. Və şadıq ki, mahnıların bir hissəsinin udmurt dilində ifası sayəsində bizim milli mədəniyyətimiz diqqəti cəlb edib", - nənələr deyib.

Kollektivin ən yaşlı solisti Natalya Yakovlevna Puqaçova isə onun populyarlığının artıq Rusiya estradasının Primadonnası Alla Puqaçovanı kölgədə qoyması barədə suala özünəməxsus cavab verib. "Onun öz işi var, mənim öz işim", - Natalya Puqaçova Trend-in sualına təvazökarlıqla cavab verib.

Və sonda nənələr jurnalistlər qarşısında Rusiya, Finlandiya və Azərbaycan bayraqları ilə dayanıblar.

Xəbər lenti

Xəbər lenti