...

"Buranovskiye babuşki" fanatlar və jurnalistlər arasında səsvermədə liderliyini davam etdirir

Eurovision-2012 Materials 21 May 2012 13:02 (UTC +04:00)
"Buranovskiye babuşki" fanatlar və jurnalistlər arasında səsvermədə liderliyini davam etdirir.
"Buranovskiye babuşki" fanatlar və jurnalistlər arasında səsvermədə liderliyini davam etdirir

Azərbaycan, Bakı, 21 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

"Buranovskiye babuşki" fanatlar və jurnalistlər arasında səsvermədə liderliyini davam etdirir.

Trend-in məlumatına görə, "Buranovskiye babuşki" Bakıda keçiriləcək "Eurovision 2012"-nin mətbuat mərkəzində fan klub üzvləri və jurnalistlər arasında təşkil olunmuş səsvermənin nəticələrinə görə, birinci yarımfinalın iştirakçıları arasında yenə də liderdir.

Mayın 21-i saat 12:00-a olan məlumata görə, Rusiya təmsilçiləri 362 səslə birinci yerdədirlər. İkinci yeri 360 səslə Rumıniyanın Mandinga qrupu tutur. Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou 349 səslə üçüncüdür.

İkinci yarımfinalda isə 386 səslə İsveç təmsilçisi Lorin liderlik edir. İkinci yeri 380 səslə Serbiya təmsilçisi Zeljko Joksimoviç, üçüncü yeri isə 369 səslə Türkiyə təmsilçisi Can Bonomo tutur.

Səsvermə mətbuat mərkəzi bağlananadək davam edəcək və günün sonunda başa çatacaq.

Xəbər lenti

Xəbər lenti