Azərbaycan, Bakı, 23 may /Trend/
Buranovo kəndinin sakinləri "Eurovision 2012" müsabiqəsinin yarımfinalına birlikdə baxmaq və öz məşhur həmyerlilərinə azarkeşlik etmək üçün kənd klubunda toplaşıblar. Bu barədə Trend çərşənbə günü İTAR-TASS-a istinadən məlumat verir.
Canlı yayımın başlamasına iki saat qalmış "Buranovskiye babuşki"nin qohumları və həmkəndliləri kənd klubunda toplaşıblar. Lakin buna yağış mane olub, nəticədə tədbir həyətdən klubun daxilinə keçirilib. Ancaq kənd sakinləri ümidlərini itirmirlər. "Belə adət var, əgər yağış yağdısa, uğura işarədir", - onlar deyiblər.
Müsabiqənin başlamasına bir neçə dəqiqə qalmış müəyyən edilib ki, klubda televiziya siqnalı itib. Hazırda birbaşa klubun özündə siqnal tapmağa çalışırlar.
Buna baxmayaraq, klubda əyləncəli diskoteka davam edir.