...

"Eurovision 2012" müsabiqəsi üçün bütün zəruri şərait yaradılıb - təşkilatçılar

Eurovision-2012 Materials 23 May 2012 18:22 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi "Bakı Kristal Zalı"nın tikintisi ilk məşqlərin başlamasına bir neçə gün qalmış başa çatıb, lakin müsabiqəyə başlamaq məqsədilə təşkilatçılar üçün bütün texniki avadanlıqlar təqdim edilib.
"Eurovision 2012" müsabiqəsi üçün bütün zəruri şərait yaradılıb - təşkilatçılar

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.Mehdiyev/

"Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi "Bakı Kristal Zalı"nın tikintisi ilk məşqlərin başlamasına bir neçə gün qalmış başa çatıb, lakin müsabiqəyə başlamaq məqsədilə təşkilatçılar üçün bütün texniki avadanlıqlar təqdim edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirilən mətbuat konfransında müsabiqənin rəhbəri Yan Ola Sand bildirib.

O, müsabiqə haqqında təəssüratları ilə də bölüşüb.

"Biz ilk dəfədir ki, Azərbaycandayıq. Bakıda, belə fantastik yerdə olduğumuza görə xoşbəxtik", - Ola Sand qeyd edib.

O, həmçinin qeyd edib ki, "Eurovision 2012"-nin ilk yarımfinalı Albaniyada nümayiş etdirilməyib. Buna səbəb Albaniyada insan tələfatı ilə nəticələnən avtobus qəzasıdır.

Xəbər lenti

Xəbər lenti