...

Müxalifətçilər Rustaveli küçəsini bağlamağa cəhd göstəriblər, polis dubinkaları işə salıb

Dünya xəbərləri Materials 7 Noyabr 2007 14:37 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia/ Parlament qarşısına toplaşan müxalifət tərəfdarları Rustaveli prospektini bağlamağa və səki boyunca düzülən polis kardonunu yarmağa cəhd göstəriblər.

Hazırda polis və nümayiş iştirakçıları arasında əlbəyaxa mübarizə gedir.

Polis dübinkaları işə salıb. Hələ ki, işə xüsusi təyinatlı dəstələr qarışmır. Müxalifət tərəfdarlarından biri zədə alıb.

Mitinqçilərə, bu günə qədər Birləşmiş Müxalifətin etiraz aksiyalarında iştirak etməyən "Yeni sağlar" partiyasının nümayəndələri də qoşulub.

Xəbər lenti

Xəbər lenti