Azərbaycan, Bakı müxbir / Trend / K.Ramazanova / Azərbaycan BMT Bas Assambleyasının iclasında şəffaflıq təşəbbüsü haqqında qətnamə təklif edəcək. Bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. "Azərbaycan bu təşəbbüsə qoşulan ilk pionerlərdən biridir. Bu dövr ərzində çox iş görülüb. Azərbaycan bu proqramm çərçivəsində fəal ölkələrdən biridir və ona görədə biz bu təşəbbüsü irəli sürmək istəyirik", - deyə Məmmədquliev vurğulayıb. Onun sözlərinə görə, Dövlət neft fondündunun və xarici işlər nazirliyinin nümayəndə heyyəti dekabrın 7-də Nyu-Yorka gedəcək.