...

"Həmas" lideri İsmayıl Haniyə ABŞ xarici işlər naziri Kondoliza Raysa məktub göndərib

Dünya xəbərləri Materials 10 Dekabr 2007 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / İsmayıl Haniyə Kondoliza Raysa "Həmas" təşkilatının dialoqa hazır olduğunu bildirən məktub göndərib.

" Dünyabulteni " saytının verdiyi məlumata görə, "Həmas" təşkilatının lideri İsmayıl Haniyənin mətbuat katibi Əhməd Yusif ABŞ xarici işlər nazirinə ünvanlanan məktubda "Həmas" ın ABŞ ilə dialoqa hazır olduğunu bildirib.

Yusifin keçirdiyi mətbuat konfransında beynəlxalq ictimaiyyətdə "Həmas"ın regionda sülh istəməməsi kimi səhv məlumatların olduğu bildirilib. Dəfələrlə ABŞ və Avropa ölkələrinə, dialoqa hazıl olduqlarını bildirən mətbuat katibi bu çağırışlara heç bir əhəmiyyət verilmədiyini qeyd edib. Mətbuat konfransında Yusif "Həmas" ın hər hansı bir dövlətə düşmən olmadığını,Vaşinqton və Qərb ölkələrinin "Həmas"la dialoq etmələrinin vaxtı çatdığını xüsusilə vurğulayıb.

Qeyd etmək lazımdır ki, "Həmas"ın dialoq istəyi Fələstində birmənalı rşılanmayıb.Təşkilat daxilində olan bəzi qüvvələr dialoqa qarşıdırlar.

Xəbər lenti

Xəbər lenti