...

Gürcüstan hakimiyyəti özü üçün "qələbə" seçkisi keçirməyə hazır deyil-gürcüstanlı siyasətçi

Dünya xəbərləri Materials 27 Dekabr 2007 19:01 (UTC +04:00)

Gürcüstan, Tbilisi/ Trend , müxbir N.Kirsxaliya/ Xalq Partiyası müxalifət partiyasının lideri Mamuka Giorqazde ölkədəki vəziyyəti Gürcüstan rəhbərliyinin ictimai qarşıdurmaya cəhdi hesab edir. Belə ki, onun rəyinə görə, hakimiyyətin prezidentliyə namziədi Mixail Saakaşvili rəqabət qabiliyyətli deyil. "Bu gün ölkə rəhbərliyi üçün çətin olduğu aydın görünür. Belə ki, hakimiyyət eks-prezidentin qələbəsinə əminliklə təminat verə bilmir" - çərşənbə günü Giorqadze Trend -ə məlumat verib. O, hökumətin əhalinin "onların namizədini dəstəkləməyəcəyi" haqqında gözəl məlumatlandırıldığını bildirib. "Bundan çıxış edərək, hökumət ölkədəki vəziyyəti ictimai qarşıdurmaya gətirməyə cəhd edəcək. Prezidentliyə namizəd Badri Patarkatsişviliyə qarşı kompormatlar bunu sübut edir" -o bildirib. 2008-ci il yanvarın 5-də Gürcüstanda növbədənkənar prezident seçkisi keçiriləcək. Növbədənkənar prezident seçkisi noyabrda Tbilisidə baş verən kütləvi qarışıqlıqdan sonra təyin edilib.

Xəbər lenti

Xəbər lenti