Afstraliyada müalicə alan 11 fevral dövlət çevrilişi zamanı yaralanan Şərqi Timorun prezidenti Joze Ramuş-Orta həkimlər tərəfindən komadan çıxarılıb. Bu barədə Kraliçə xəstəxanasının baş direktoru, doktor Len Notaras bildirib.
Şərqi Timurdan Afstraliyanın hospitalına yerləşdirilmiş Ramuş-Orta əməliyyatdan öncə, çətin cərrahiyyə əməliyyatlarından qorunmaq üçün, suni koma vəziyyətinə yerləşdirilmişdir.
Doktor Notarsın sözlərinə görə, Ramuş-Orta özünə gəlib və ona yaxınları ilə görüşməyə icazə verilib. Beş əməliyyatdan sonra prezidentin ümumi durumu düzəlir, Qazeta.ru xəbər verir.