...

İsraili atəşə tutmaq dayandırılmalıdır – Mahmud Abbas

Dünya xəbərləri Materials 29 Fevral 2008 03:26 (UTC +04:00)
İsraili atəşə tutmaq dayandırılmalıdır – Mahmud Abbas

Fələstin muxtariyyətinin sədri Mahmud Abbas İsraili "kassami" raketlərindən atəşə tutmasını pisləyib. Bu barədə Zman.com. informasiya portalı xəbər verir. "İsraili atəşə tutmaq dayandırılmalıdır. Bu raketlər isə faydasızdır", - Mahmud Abbas Avstriyanın XİN başçısı Ursula Plasniklə görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib.

"İsrail öz müqabilində isə bu raketlərdən istifadə edərək fələstinlilərin ümumi cəzalandırmasında istifadə etməməlidir. İsrail hər zaman Qəzza sektorunun humanitar tələbatını təmin etməlidir", - deyə Abbas bildirib.

Avstriyanın xarici işlər nazirinin Yaxın Şərqə səfəri İsrail və HƏMAS arasında olan qarşıdurma fonunda keçir.

Xəbər lenti

Xəbər lenti