Azərbaycan, Bakı, 02 mart / müxbir Trend S.İlhamqızı/ Azərbaycanın Mərkəzi seçki komissiyasının (MSK) nümayəndələri Rusiyada keçirilən prezident seçkilərində bu saatlara heç bir ciddi qanun pozuntusu qeydə almayıblar. Bu barədə bazar günü Trend ə MSK-nın beynalxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.
Onun sözlərinə görə, səhər saatlarından Azərbaycandan olan müşahidəçilər seçki məntəqələrindədirlər. Seçkilər normal şəraitdə keçir. Hətta Moskvada yağan qar seçkilərin gedişatına təsir etməyib. Azərbaycanın beş nəfərdən ibarət nümayəndə heyyətinə MSK sədri Məzahir Pənahov rəhbərlik edir.
Rusiyada prezident vəzifəsinə dörd namizəd iddialıdır - RF baş nazirin birinci müavini Dmitriy Medvedev, Rusiyanın Liberal Demokrat partiyasını lideri Vladimir Jirinovskiy, Rusiya Federasiyasının Kommunist partiyasının başçısı Qennadiy Züqanov və Rusiyanın Demokrat partiyasının lideri Andrey Boqdanov.