...

"İmedi" teleşirkəti aprelin 10-dan yayıma başlaya bilər

Dünya xəbərləri Materials 26 Mart 2008 14:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi/ Trend müxbir N.Kirtsxaliya/ Aprelin 1-dən "İmedi" teleşirkətinin efirə texniki çıxışı, aprelin 10-dan sonra isə yayımı tam bərpa etməsi planlaşdırılır. Bu barədə kanalın baş direktoru Bidzina Barataşvili teleşirkətinin yeni sahibi Cozef Kee (İosif Kakalaşvili) ilə danışıqlardan sonra bu gün jurnalistlərə məlumat verib.

Görüşdə teleşirkətinin yayıma başlamasının texniki məsələləri və onun informasiya siyasəti müzakirə edilib.

"Biz indi hər şeydən çox yayıma başlamaq istəyirik. Lakin bizim çox sayda maliyyə, texniki problemlərimiz var", - Barataşvili bildirib.

Baş direktor bildirib ki, hazırda əsas informasiya proqramı və siyasi tok-şoular üçün aparıcıların axtarışı gedir.

Xəbər lenti

Xəbər lenti