Gürcüstan, Tbilisi, 05 may/ Trend , müxbir N.Kirtsxaliya/ Bu gün Gürcüstan MSK-da Azərbaycan və Ermənistanın Gürcüstandakı səfirlər ilə görüşlər keçiriləcək. MSK-dan verilən məlumata görə, səfirlər erməni və azərbaycanlıların Gürcüstanda kompakt yaşadıqları yerlərdəki vəziyyətlə tanış olacaqlar.
Səfirləri bu seçkilərin regionlarda nə dərəcədə azad və demokratik təşkil edildiyi və Gürcüstanın Azərbaycan və erməni milliyətli vətəndaşlarına təzyiq faktlarının olub-olmaması maraqlandırır.
Seçkiqabağı dövrdə azərbaycanlı və ermənilərin kompakt yaşadıqları regionlarda müxtəlif siyasi qüvvələrin tərəfdarları arasında artıq bir neçə hadisə qeydə alınıb.
Bu gün seçicilərin qeydiyyat prosesi başa çatır. Seçicilər seçkilər günü - mayın 21-i özlərinin adlarını əlavə siyahıya daxil etmək imkanına malik olmayacaq və buna görə də əsas seçici siyahılarına düşə bilməyən vətəndaşlar səs verə bilməyəcəklər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]