...

Türkiyədə sərnişin gəmisində yangın baş verib

Dünya xəbərləri Materials 12 İyun 2008 11:54 (UTC +04:00)

Türkiyə, Ankara, 12 iyun / Trend , müxbir T.Əliyev/ Mərmərə dənizində Türkiyənin Balıkəsir bölgəsi yaxınlığında sərnişin gəmisində yanğın baş verib.

Türkiyənin NTV kanalının verdiyi məlumata əsasən, "Meltem G" adlı gəminin göyərtəsində olan 50 sərnişin və 20 ekipaj üzvü sahil təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib. Yanğının nəzarət altına alındığı bildirilir.

Yanğının səbəbi araşdırılır.

Xəbər lenti

Xəbər lenti