...

İstanbulda Qara dəniz Televiziya və Radio Şuralarının Forumu yaradılıb

Dünya xəbərləri Materials 1 İyul 2008 00:31 (UTC +04:00)

Türkiyə, Ankara, 1 iyul / Trend , müxbir T.Əliyev/ Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin radio və televiziya yayımlarını tənzimləyən qurumların rəhbərlərinin İstanbulda keçirilən toplantısı başa çatıb. Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də daxil olmaqla 12 ölkənin müvafiq qurumlarının rəhbərlərinin toplantısında dialoq və əməkdaşlığı inkişaf etdirmək, televiziya və radio sahəsi ilə bağlı təcrübə mübadiləsi aparmaq məqsədi ilə Forum yaratmaq təşəbbüsü irəli sürülüb. Bu haqda Trend -a Türkiyənin Radio Televiziya Ali Qurumundan məlumat verilib.

Toplantının sonunda qəbul edilən birgə bəyanata əsasən tədbir iştirakçıları əməkdaşlıq, bilik və təcrübə mübadiləsinin aparılması, aktual problemlərin müzakirəsi ilə bağlı razılıq əldə ediblər. Ümumi etik və  mədəni prinsiplər və standartların yaradılması, fikir azadlığı, televiziya və radio sahəsi ilə bağlı seminar, sərgi və konfransların təşkil edilməsi də nəzərdə tutulur.

Bütün bu məsələlərin müzakirə edilməsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün 12 ölkənin müvafiq qurumlarının rəhbərləri Qara dəniz Televiziya və Radio Şuralarının Forumu çərçivəsində müntəzəm olaraq illik toplantılar keçirmək haqqında qərar qəbul ediblər.

Forumun katibliyi Türkiyənin Radio Televiziya Ali Qurumu tərəfindən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti