...

Tehran İranda ABŞ-ın ofisinin açılmasını müzakirə edə bilər – XİN başçısı

Dünya xəbərləri Materials 2 İyul 2008 12:30 (UTC +04:00)
Tehran İranda ABŞ-ın ofisinin açılmasını müzakirə edə bilər – XİN başçısı

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir T.Cəfərov/ İranın xarici işlər naziri Mənuçehr Müttəki bildirib ki, Tehranda Amerikanın maraqlarını qoruyan ofisin açılması məsələsi müzakirə edilə bilər. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Müttəki BMT-nin Sosial-İqtisadi Şurasının sammiti çərçivəsində jurnalistlərlə söhbətində bildirib ki, bu haqda İrana heç bir təklif gəlməyib. Lakin nazirin sözlərinə görə, ötən il rəsmi Tehran tərəfindən təklif edilmiş İranla ABŞ arasında uçuş reyslərinin açılması və iki ölkənin maraqlarını müdafiə edən ofislərin açılışı məsələləri müzakirə oluna bilər.

Müttəki əlavə edib ki, rəsmi Tehran iki ölkə arasında elm, təhsil, turizm sahələrində qarşılıqlı əlaqələri alqışlayır: "Bu cür əlaqələr Amerikada İrana qarşı ictimai rəyi dəyişə bilər", - deyə Müttəki bildirib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti