...

Qırğızıstanın dövlət qulluqçuları Türkiyədə təhsil alacaqlar

Dünya xəbərləri Materials 18 İyul 2008 20:12 (UTC +04:00)

Qırğızıstan, Bişkək, 18 iyul/ Trend , müxbir R.Məşədihəsənli/ Cümə günü Qırğızıstan hökuməti aparatının rəhbəri Murat İsmayılov Hökumət Evində Türkiyə Cümhuriyyətinin Bilkent Univeristetinin professoru Ümit Özal və Dünya Bankının nümayəndəsi Niqara de Silva ilə işgüzar görüş keçirib.

Görüşün əsas məqsədi dövlət qulluqçularının Türkiyə Cümhuriyyətində təhsilinə Qırğızıstan Respublikasının dövlət orqanlarının tələbatının qiymətləndirilməsi məsələsi olub. Bu qiymətləndirmə Mərkəzi Asiya regionu ölkələrindən, o cümlədən Qırğızıstan Respublikasından dövlət qulluqçularının təhsili üzrə Ankarada (Türkiyə)Tədris Mərkəzinin açılması ilə əlaqədar aparılır.

Bilkent Univeristetinin professoru Özəl Trend -un müxbirinə bildirib: "Türkiyə tərəfi dövlət qulluğu üçün kadrların hazırlanması sahəsində Qırğızıstanla uzunmüddətli əməkdaşlığa başlamağa hazırdır. Mərkəzi Asiya bizim üçün qardaş xalqların yaşadığı vacib regiondur".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti