...

Əfqanıstanda bəzi deputatların narkotik maddə biznesində iştirakı realdır – parlamentin Təhlükəsizlik Şurasının üzvü

Dünya xəbərləri Materials 6 Avqust 2008 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir D.Xatınoğlu/ Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin sədr müavininin parlamentdəki çıxışı zamanı bəzi deputatların terrorizm və narkotik maddə biznesində əli olduğunu bildirməsi hakimiyytdə bəzi islahatların aparılmasının vacibliyini göstərir. "Əfqanıstanda bəzi deputatların narkotik maddə biznesində əli olduğu realdır. Hakimiyyətdə daha ciddi islahatlar aparılmalıdır", - deyə Əfqanıstan parlamentinin Təhlükəsizlik Şurasının üzvü Xalid Paştun Trend -a bildirib.

BBC-nin avqustun 5-də yaydığı məlumata əsasən, Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin sədr müavini Abdullah Luğmani parlamentdəki çıxışı zamanı bəzi deputatları terrorizm və narkotik maddə biznesi ilə məşğul olanlara dəstək verməkdə ittiham edib. Luğmani bildirib ki, bu ittihamlara dair əsaslı sübutlar mövcuddur.

Paştun hesab edir ki, 2002-ci il, milli hakimiyyətin yaranmasından bu günədək təəssüf ki, bəzi mənfi ünsürlər siyasi nüfuzlarına görə hakmiyyətə və parlamentə daxil olublar. "Bunlar sabiqkomandanlar (Taliban hərbçisi) və hazırda isə pul ələ keçirmək üçün narkotik maddə biznesi ilə məşğul olan şəxslərdir", - deyə Paştun çərşənbə günü Kabildən telefonla bildirib.

Paştun konkret şəxsin adını çəkməkdən imtina etsə də, hakmiyyətdə və parlamentdə olan "sərvət sevdaçıları"na qarşı ciddi tədbirlər həyata keçirməyin vacib olduğunu vurğulayıb. O, deputatlar arasında terrorizmlə əlaqəli olan şəxslər haqqında heç bir sübut olmadığını bildirib.

Indiyədək dəfələrlə Əfqanıstan KİV-də hakimiyyətdə korrupsiya hallarının olmasına dair məlumatlar verilib. Paştun bildirib ki, parlament nümayəndələri birbaşa hökumət və nazirliklərdə fəaliyyət göstərmədikləri üçün, onların hakimiyyətdə olan korrupsiyada iştirakları ehtimalı azdır. "Lakin bəzi deputatların hətta idarələrdə baş verən korrupsiyalarda əli var", - o əlavə edib.

Paştun bildirib ki, parlamentin Təhlükəsizlik Şurası dəfələrlə Milli Təhlükəsizlik İdarəsi rəsmilərini parlamentə hesabat verməyə çagırıblar, bu istiqamətdə müxtəlif planlar və layihələr həyata keçiriblər, narkotik maddə biznesi və terrorizm faktları ilə bağlı hakimiyyəti xəbərdarlıq ediblər.

"Baxmayarq ki, yerli qüvvələrlə bərabər NATO qüvvələri də Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə çalışırlar, yenə də vəziyyət dəyişmir. Həmçinin, NATO-nun özünün də günahı az deyil, NATO qüvvələri ölkənin təhlükəsizliyində daha artıq fəal olmalıdırlar", - deyə Paştun əlavə edib.

Paştun hesab edir ki, ümumiyyətlə, hakimiyyətdə və parlamentdə ciddi islahatlar aparılmalıdır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti