...

Gürcüstan informasiya və diplomatiya cəbhələrində dəyişikliyə nail olub – Gürcüstan DİN-i

Dünya xəbərləri Materials 12 Avqust 2008 11:56 (UTC +04:00)
Gürcüstan informasiya və diplomatiya cəbhələrində dəyişikliyə nail olub – Gürcüstan DİN-i

Gürcüstan, Tbilisi, 12 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan daxili işlər nazirinin müavini Eka Zquladze çərşənbə axşamı səhər keçirilən brifinqdə bildirib ki, Rusiya Silahlı Qüvvələrinin mövqeyi dəyişməyib.

Onlar Gürcüstanın qərbində Zuqdididən Potiyədək olan əraziyə nəzarət edir, şərqdə isə Qoridə dayanıblar. "Bu gecə sabit və dinc keçib, bununla əlaqədər hamımızı təbrik etmək olar", - deyə o bildirib.

"İnformasiya və diplomatiya cəbhələrində dəyişiklik baş verib", - deyə Zqudze bildirib. O qeyd edib ki, bu gün Avropa ölkələrinin beş prezidenti və üç Baş naziri Tbilisiyə gələcək.

Bu gün NATO Gürcüstandakı vəziyyəti müzakirə etməyə başlayacaq. "NATO + Gürcüstan çərçivəsində keçirilən görüşdə Gürcüstanın XİN rəhbəri və mən iştirak etməli idim, lakin orada bizi səfir Revaz Beşidzenin təmsil etməsi barədə qərar qəbul olunub", - deyə o vurğulayıb.

"Bütün NATO ölkələri bizi dəstəkləyir", - deyə o söyləyib.

Zquladze qeyd edib ki, bütün gecə dövlət strukturları normal rejimdə işləyib və bu sübut edir ki, "Gürcüstan dövlət kimi formalaşıb".

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti