Gürcüstan, Tbilisi, 14 avqust/ Trend müxbir N.Kirtsxaliya/Avropa Şurasının Parlament Assambleyasındakı Estoniya və Litva nümayəndə heyətləri Rusiyanın bu təşkilatda səlahiyyətlərinin dayandırılması məqsədilə fəal işə başlayıblar. Bu barədə Gürcüstan parlamentinin spikeri David Bakradze məlumat verib.
Onun sözlərinə görə, dost dövlətlərin bu istiqamətdə işlərini davam etdirmək imkanına malik olmaları üçün beynəlxalq ictimaiyyətə müraciətin qəbul edilməsi lazımdır.
"Mən onların səylərinin nə qədər uğurlu ola biləcəyini və bizim Rusiyanın beynəlxalq parlament təşkilatlarında səlahiyyətlərini dayandıra bilib-bilməyəcəyimizi deyə bilmərəm. Lakin istənilən halda, dost ölkələrin belə təşəbbüslərinin bizim dəstəyimizə ehtiyacı var və biz onlar üçün söykənə biləcəkləri bünövrə yaratmalıyıq", - qanunverici orqanın sədri bəyan edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]