...

Gürcüstan parlamentinin cümə axşamı keçirilən iclasında Aİ və ABŞ -ın rəsmi nümayəndələri iştirak edirlər

Dünya xəbərləri Materials 14 Avqust 2008 18:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin spikeri David Bakradze Avropa İttifaqının münaqişə zonasında ciddi beynəlxalq kontingentin yaradılması haqqında dünənki təşəbbüsünü "inqilabi" adlandırıb. O, bu təşəbbüsün yaxın vaxtlarda realizə ediləcəyinə ümid etdiyini bildirib. Bu, münaqişənin nizamlanması prosesində ciddi dəyişikliklərə səbəb ola bilər.

"Dünənki təşəbbüsün realizəsi yaxın vaxtlarda baş tutacaq və Avropa İttifaqı münaqişənin həlli prosesində daha fəal siyasətçi oyunçu olacaq", - spiker bəyan edib.

O, bu qədər çətin vaxtda Gürcüstanı dəstəkləyən bütün ölkələrin nümayəndələrinə minnətdarlığını bildirib.

Bakradze ABŞ prezidentinin dünənki bəyanatına da münasibət bildirib və bildirib ki, bu bəyanat çox vacibdir və strateji tərəfdaşın hərəkətlərinə müvafiq düzgün addımdır.

Parlamentin bu gün keçirilən iclasında Avropa İttifaqının Gürcüstandakı xüsusi nümayəndəsi Piter Semnebi və ABŞ Dövlət Katibi müavinin köməkçisi Metyu Brayza iştirak edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti