...

Gürcüstan istehkamçıları Rusiya hərbçilərinin qoyub getdiyi "hədiyyələri" minalardan təmizləməyə başlayıblar

Dünya xəbərləri Materials 23 Avqust 2008 12:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan istehkamçıları Qoridəki hərbi bazanı minadan təmizləməyə başlayıblar. Gürcüstanın hüquq- mühafizə orqanlarından bildirildiyinə görə, Rusiya hərbçiləri minalanmış ərazilər şəklində xeyli "hədiyyə" qoyub gediblər.

Şəhərdə də minalar zərərsizləşdirilib.

Polis qaçqınları, bütün binalar yoxlanılmayanadək, Qori şəhərinə qayıtmamağa çağırıb. Tbilisinin hakim dairələri bütün şəhərliləri avtobuslarla mərhələli şəkildə qaytarmağa hazır oluduqlarını bildirib.

Gürcüstan polisi Kaspi, Xaşuri, Kareliyə tam nəzarət edir. Polis vətəndaşlardan Qori-Tbilisi avtomobil magistralından az istifadə etməyi xahiş edib, belə ki, olduqca intensiv hərəkət müəyyən problemlər yarada bilər.

Avtomobil yolu ilə Qərbi Gürcüstandan ölkənin şərqinə hərəkət tam bərpa olunub.

Xəbər lenti

Xəbər lenti