...

Türkiyə prezidenti Dağlıq Qarabağla bağlı mövqeyini Ermənistan prezidentinə çatdırıb

Dünya xəbərləri Materials 7 Sentyabr 2008 02:41 (UTC +04:00)
Türkiyə prezidenti Dağlıq Qarabağla bağlı mövqeyini Ermənistan prezidentinə çatdırıb

Türkiyə, Ankara, 7 sentyabr / Trend , müxbir T.Əliyev/ Dünya kubokunun seçmə mərhələsi çərçivəsində Ermənistan və Türkiyənin milli futbol komandaları arasında keçirilən matçı izləmək üçün Yerevana gedən Türkiyə prezidenti Abdula Gül Ankaraya qayıdıb. Gül Ankara hava limanında verdiyi bəyanatda Yerevana səfərinin səmərəli olduğunu bildirib.

Abdulla Gül qeyd edib ki, Ermənistan prezidenti Serj Sarkisyanla görüşdə, Ankaranın Ernənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyini çatdırıb. Gürcüstandakı hadisələr və Qafqazda yaranmış vəziyətlə bağlı fikir mübadiləsi aparıldığını qeyd edən Gül Ermənistanın, Ankaranın irəli sürdüyü їQafqaz sabitlik və əməkdaşlıq platformuї ilə bağlı təşəbbüsünə güclü dəstək verdiyini bildirib. Görüşdə regional məsələlərlə yanaşı Ermənistan-Türkiyə münasibətlərinin də müzakirə edildiyini bildirən Abdulla Gül, tərəflər arasında dialoqun davam etdirilməsi məsələsində razılıq əldə olunduğunu qeyd edib.

Abdulla Gül Serj Sarkisyanı gələn il İstanbulda keçiriləcək Türkiyə-Ermənistan cavab görüşünü birlikdə izləməyə dəvət etdiyini bildirib.

Bu arada Abdulla Gülü səfərlə bağlı sərt tənqid edən müxalifətin etirazları davam edir. Milliyətçi Hərəkat Partiyasının bir qrup üzvü Azərbaycanın Ankaradakı səfirliyinin qarşısına gələrək, üzərində їTürkiyə Qarabağı unutmazї sözləri yazılan çələnk qoyub. Partiyanın sədr müavini Cihan Paçacı prezidentin Yerevana səfərinə etirazını bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti