...

Nikolya Sarkozi "Hizbullah"ı terror təşkilatı kimi görmür – mətbu orqan

Dünya xəbərləri Materials 15 Sentyabr 2008 18:40 (UTC +04:00)

"Hizbullah"a yaxın olan Livanın "Аl-Akhbar"qəzeti bildirib ki, Nikolya Sarkozi bu yaxınlarda Dəməşqə etdiyi tarixi səfərdə bəyan edib ki, rəsmi Paris "Hizbullah"ı terror təşkilatı kimi görmür.

Fransa prezidenti Sarkozi Avropa siyasətçiləri arasında İsrailin ən yaxın dostlarından və uzun illər Yelisey sarayına sahib olanlar içərisində Avropa dövlətinə loyal münasibət bəsləyənlərdən hesab edilir.

Livan qəzetinin mənbələrinə əsasən, Sarkozi onu da bəyan edib ki, Fransa ""Hizbullah"ın işğala qarşı göstərdiyi müqaviməti yüksək qiymətləndirir; Fransa da keçmişdə bununla qarşılaşıb". Belə ritorika Qüdsdəki siyasi dairələrin hiddətinə və müəyyən çaşqınlığına səbəb olub. Onlar prezident Sarkozinin ifadələrini heç cür izah edə bilmirlər.

Sarkozi "Hizbullah"ın hərəkətlərini Fransanın ikinci dünya müharibəsindəki müqavimət hərəkatı ilə müqayisə edib.

Sarkozi avqustda Suriyaya dövlət rəhbəri qismində ilk rəsmi səfər edib. Sarkozinin Dəməşqə bu səfəri üç il ərzində tam pozulmaq təhlükəsi olan Fransa - Suriya münasibətlərinin yeni mərhələsinin  başlanğıcı olub. 2005-ci ildə Livanın keçmiş Baş naziri və Jak Şirakın şəxsi dostu Rafiq Həririnin ölümündən sonra, Fransa Livandakı ayrı-ayrı siyasi qüvvələrin ardınca Dəməşqi qətldə günahlandııb və Suriya hakimiyyəti ilə əlaqələrdən imtina edib. 

"Аl-Akhbar"qəzetinin məlumatına əsasən, prezident Livanda fundamentalizmin artmasından narahatlığını da bildirib."Fundamentalizmin xüsusilə də Livanın şimalında artması həm regional stabilliyə, həm də xristianların Livanda mövcudluğuna təhlükə törədir", - "Аl-Akhbar" qəzet xəbər verib.

Xəbər lenti

Xəbər lenti