...

Astanada "TransAvroAsiya - 2008" beynəlxalq konfransı keçiriləcək

Dünya xəbərləri Materials 23 Sentyabr 2008 10:48 (UTC +04:00)

Qazaxıstan, Almatı, 23 sentyabr / Trend , müxbir R.Məşədihəsənli/ Cari il sentyabrın 24-dən 26-dək tranzit-nəqliyyat potensialı üzrə "TransAvroAsiya - 2008" beynəlxalq konfransı və "Qazaxıstan tranzit - nəqliyyat" sərgisi keçiriləcək. Bura əməli olaraq bütün yerli yük göndərən şirkətlər və ekspeditorlar, həmçinin xarici tərəfdaşlar dəvət olunub. Bu barədə Trend -un müxbirinə "Qazaxıstan Temir Jolu"ndan bildiriblər.

Tədbir zamanı tranzitin inikşafı üzrə əyani danışıqların aparılacağı "Dəyirmi masalar" keçiriləcək. "Qazaxıstan Temir Jolu" milli şirkəti Qərbi Çin və Qərbi Avropa nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məqsədi ilə maraqlı olan nəqliyyat və iri yükdaşıyan şirkətlər üçün Berlin və Urumçidə "Dəyirmi masalar" və Qazaxıstan dəmir yollarının tranzit imkanlarının təqdimatını keçirəcək.

Xəbər lenti

Xəbər lenti