...

Ukrayna 2009 - cu ilin əvvəlində BMT Beynəlxalq Məhkəməsinin qərarını gözləyir

Dünya xəbərləri Materials 23 Sentyabr 2008 18:18 (UTC +04:00)

Ukrayna, Kiyev, 23 sentyabr/ Trend , müxbir Z.Novosvitski/ Ukrayna BMT Beynəlxalq Məhkəməsinin 2009 - cu ilin yanvar-fevralınadək, onun Rumıniya ilə ərazi mübahisəsinə dair qərar çıxaracağını gözləyir.

Bu barədə xarici işlər nazirliyində brifinqdə Ukraynaın BMT Beynəlxalq Məhkəməsində səlahiyyətlisi Vladimir Vasilenko məlumat verib.

O, artıq hər iki ölkənin mövqeyinin dinlənildiyini bildirib.

Vasilenko xatırladıb ki, Rumıniya tərəfi Qara dənizdəki Zmeyinı adasının ada deyil, qaya olduğunu hesab etdiyi üçün, məhkəməyə müraciət edib. Öz növbəsində, Ukrayna təsdiqləyir ki, Zmeyinı adadır və Ukraynanın mübahisəli ərazilərlə üzbəüz sahil xəttinin uzunluğu 1058 km, Rumıniyanın - 285 kilometrdir. Kiyevin rəyinə görə, şelfin mübahisəli ərazilərini üçün birə nisbətində bölmək lazımdır: 53,3 min kv. km Ukraynaya, 21,9 min kv. km Rumıniyaya.

Bununla yanaşı, Vasilenko məhkəmənin heç bir tərəfin mövqeyini tam qəbul etməyəcəyini və kompromis qərar çıxaracağını proqnozlaşdırır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti