Qazaxıstan, Astana, 30 sentyabr/ Trend , müxbir K.Konırova/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev Oraza ayt bayramı münasibətilə respublika müsəlmanlarını təbrik edib, - Trend -un Astanadakı xüsusi müxbiri xəbər verib.
"Ölkəmizin bütün müsəlmanlarını bu əlamətdar Oraza ayt bayramı münasibətilə təbrik edirəm. Hamıya xoşbəxtlik və firavanlq arzulayıram", - paytaxtın "Nur-Astana"məscidində bayram namazından sonra prezident deyib.
Bu gün - bayramın birinci günü ölkənin bütün məscidlərində namaz qılınıb. Bayram müqəddəs Ramazan ayının sona çatmasını bildirir. Bu ay ərzində mömin müsəlmanlar oruc tutublar.